Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.
Sportinfo.az-ın Beynəlxalq Cüdo Federasiyasına istinadən məlumatına görə, bunlar Anqola, Qvineya və Toqo yığmalarıdır.
Afrika ölkələri ilkin iştirak ərizəsinə müvafiq olaraq 3, 5 və 2 idmançının adını daxil ediblər.
Dünya çempionatı oktyabrın 4-11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.

