"Vatsap"dan mesajlarla bağlı yenilik var

21 May 08:00 Hadisə 487
"Vatsap"dan mesajlarla bağlı yenilik var

Vatsap yeni yoxa çıxan mesaj rejimini sınaqdan keçirir. Bu rejimdə silinmə taymeri yalnız mesajı qəbul edən tərəfindən oxunduqdan sonra geri saymağa başlayır.

Bu haqda “MacRumors” məlumat yayıb.

Belə ki, yeni funksiya iOS proqramının “TestFlight” platforması vasitəsilə mövcud olan ən son beta versiyasına əlavə edilib.

Funksiya “Defolt mesaj taymeri” parametrləri bölməsində yerləşir, lakin vatsap gələcəkdə menyunun adını dəyişə və ya parametri interfeysin başqa bölməsinə köçürə bilər.

Yeni alət artıq iOS və Android-də bəzi beta testerləri üçün əlçatandır. Bununla belə, tətbiqin stabil versiyasının bəzi istifadəçiləri də bu funksiyaya giriş əldə edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!