Hücumçudur, 25 oyundur qol vura bilmir - Göndərirlər

01:40 İngiltərə 62
Hücumçudur, 25 oyundur qol vura bilmir - Göndərirlər

“Çelsi”nin hücumçusu Liam Delap qol həsrətini davam etdirir.

23 yaşlı forvard İngiltərə Premyer Liqasının son turunda “Tottenhem”lə matça start heyətində başlayıb və komandasının 2:1 hesablı qələbəsinə kömək etsə də, yenə fərqlənə bilməyib.

Beləliklə, Delapın bütün turnirlər üzrə qolsuz oyun seriyası 25 matça yüksəlib. İngilis futbolçu sonuncu dəfə bu ilin yanvarının əvvəlində keçirilən “Fulhem”lə qarşılaşmada rəqib qapısına yol tapmışdı.

O, ötən ilin yayında “İpsviç”dən 35,5 milyon avro qarşılığında “Çelsi”yə transfer olunub.

Sportinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, cari mövsüm Delap üçün London klubundakı ilk və son ola bilər.

“Çelsi” Premyer Liqanın son turunda, mayın 24-də səfərdə “Sanderlend”lə qarşılaşacaq. Komanda hazırda 52 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti