“Ayaks” Çempionlar Liqasında hələ də xal qazana bilməyib.
Sportinfo.az xəbər verir ki, Niderland nəhəngi Bakıda “Qarabağ”a qarşı keçiriləcək matçı ilk xallarını əldə etmək üçün mümkün şanslardan biri kimi görür.
Amsterdam klubu ötən beşinci turda Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində evdə “Benfika”ya 0:2 hesabı ilə uduzub və turnirdə hələ xal toplamayan yeganə komanda olaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
“Ayaks”da gizlətmirlər ki, Bakıya qarşıdakı səfərin məqsədi sadədir: nəhayət, cari mövsümün Çempionlar Liqasındakı ilk xallarını qazanmaq.
Bunu xüsusilə, klubun baş məşqçi vəzifəsini icra edən Fred Qrim bildirib.
“Nifrət etdiyimiz bu sıfırdan qurtulmaq istəyirik. Hazırda komandada yenidənqurma aparırıq və ümid edirik ki, yaxın oyunlarda bunun bəhrəsini görəcəyik”, - deyə Qrimin sözlərini Niderland mətbuatı yayıb.
style="display:block; width: 320px; height: 100px; margin: 15px auto;" data-ad-slot="13381">“Qarabağ” - “Ayaks” oyunu 10 dekabrda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə 21:45-də başlayacaq.
Niderlandda gözlənilir ki, Amsterdam klubunu Azərbaycan paytaxtında təxminən 1,4 min azarkeş dəstəkləyəcək.
“Qarabağ” Çempionlar Liqasının beşinci turunda səfərdə “Napoli”yə 0:2 hesabı ilə uduzub və yeddi xalla 19-cu yerdə qərarlaşıb.
“Ayaks”la qarşıdakı oyun Qurban Qurbanovun komandası üçün ilk “24-lüy”ə düşmək baxımından həlledici ola bilər. Bu sıra komandalara pley-off mərhələsinə vəsiqə qazandırır.

