Avropanın bir neçə top-klubu maraqlanır - “Liverpul”un müdafiəçisi

30 May 00:10 İngiltərə 571
Avropanın bir neçə top-klubu maraqlanır - “Liverpul”un müdafiəçisi

“Liverpul”un müdafiəçisi İbrahima Konate ilə Avropanın bir neçə top-klubu maraqlanır.

27 yaşlı futbolçu “qırmızılar”la yeni müqavilə barədə razılığa gələ bilməyib və İngiltərə klubunu azad agent kimi tərk edə bilər.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar dalana dirənib və müqavilənin müddətinin uzadılması ehtimalı aşağıdır.

Bildirilir ki, bu vəziyyət “Liverpul”dakı qeyri-sabit mövsüm və müqavilə şərtləri ilə bağlı fikir ayrılıqlarından qaynaqlanır.

Əvvəlki xəbərlərdə Konate üçün ən real variantın PSJ olduğu bildirilirdi. Ancaq hazırda “Real”, “Bayern” və “Çelsi” də onun xidmətində maraqlıdır.

Fransa millisinin üzvünün gələcəyi ilə bağlı qərarını 2026-cı il dünya çempionatından əvvəl verməsi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 22:10 "Neftçi" hücumçu aldı
28 Avqust 18:10 Çək və bizə göndər!