Premyer Liqadan iki klubun maraq dairəsinə düşdü - “Çelsi”nin vingeri

15:20 İngiltərə 86
Premyer Liqadan iki klubun maraq dairəsinə düşdü - “Çelsi”nin vingeri

“Çelsi”nin vingeri Alexandro Qarnaço İngiltərə Premyer Liqasının iki klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçunu “Sanderlend” və “Tottenhem” heyətinə qatmaq variantını nəzərdən keçirir.

Ancaq hazırda transferin baş tutma ehtimalı yüksək qiymətləndirilmir. Buna səbəb isə London təmsilçisinin oyunçu üçün təxminən 70 milyon funt-sterlinq (təxminən 81 milyon avro) tələb etməsidir.

“Çelsi” Qarnaçonu ötən ilin avqustunda, “Mançester Yunayted”dən 46 milyon avro qarşılığında transfer etmişdi.

Argentinalı futbolçu başa çatan mövsümdə London klubunun heyətində bütün turnirlər daxil olmaqla 43 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti