Yeni vitse-prezidenti tanıdığı simanı yanına apardı

20:00 Hadisə 135
Yeni vitse-prezidenti tanıdığı simanı yanına apardı

Premyer Liqaya vəsiqə qazanan “Şəfa” transfer çalışmalarına çoxdan start verib.

Paytaxtı təmsil edən kollektiv hazırda bütün diqqətini yerli futbolçuların cəlb olunmasına yönəldib.

Bu mənada bir neçə futbolçu ilə razılıq əldə olunub ki, onlardan biri Slavik Alxasovdur.

Ötən mövsümü “Araz-Naxçıvan”da keçirən sol conah müdafiəçisi “Şəfa”nın təklifinə isti yanaşıb.

Bu da səbəbsiz deyil.

“Şəfa”ya yeni vitse-prezident təyin olunan Əfran İsmayılov ötən mövsüm “Araz-Naxçıvan”da Andrey Demçenkonun köməkçisi işləyəndə Slaviklə yaxından tanış olub.

Razılığın əldə olunmasında İsmayılov-Alxasov münasibəti əsas rol oynayıb. Əks halda Slavik daha imkanlı və dayanıqlı “Araz-Naxçıvan”ı qoyub debütantın formasını geyinməyə razılıq verməzdi.

33 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Zirə”, “Turan Tovuz”un şərəfini qoruyub, U-21 millimizin heyətində 4 matçda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti