“Bilirik ki, bu dünya çempionatı Messi üçün sonuncu ola bilər"

29 May 18:40 Dünya çempionatı 390
“Bilirik ki, bu dünya çempionatı Messi üçün sonuncu ola bilər"

“Atletiko”nun forvardı Xulian Alvares Argentina millisində komanda yoldaşı olan “İnter Mayami”nin hücumçusu Lionel Messi haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşıdan gələn dünya çempionatının Messi üçün sonuncu böyük turnir ola biləcəyini söyləyib:

“Bilirik ki, bu dünya çempionatı Messi üçün sonuncu ola bilər.

Buna görə də turnir təkcə bizim və bütün argentinalılar üçün deyil, ümumiyyətlə, bütün futbol azarkeşləri üçün xüsusi olacaq.

Çünki söhbət bütün zamanların ən yaxşı oyunçusundan, bütün dünyada sevilən futbolçudan gedir”.

Daha əvvəl Alvares və Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin çempion olmasına böyük töhfə veriblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu