Komandamız İtaliyanı “topa tutdu”, qrupdan çıxdı - VİDEO

30 May 01:00 Milli komanda 454
Komandamız İtaliyanı “topa tutdu”, qrupdan çıxdı - VİDEO

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib.

Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib - 3:1.

İki turdan sonra 6 xal toplayan yığmamız play-off mərhələsinə vəsiqəni təmin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!
17 İyul 08:30 Slovakiyaya qalib gəldik