Premier Liqa nəhəngi baş məşqçisini İSTEFAYA GÖNDƏRDİ

18:20 İngiltərə 137
Premier Liqa nəhəngi baş məşqçisini İSTEFAYA GÖNDƏRDİ

“Liverpul” rəhbərliyi komandanın baş məşqçisi Arne Slotla yollarını ayırmaq qərarına gəlib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisaydlılar niderlandlı mütəxəssisin istefaya göndərib.

Klubun baş məşqçi postuna yeni namizədi isə mövsümün sonunda “Bornmut”dan ayrılan Andoni İraoladır.

Arne Slot 2024-cü ilin yayında “Liverpul”un “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümündə İngiltərə çempionu olmağı bacarmışdı.

Ancaq son mövsüm mersisaydlılar gözlənilən nəticələri göstərə bilməyib. Komanda çempionatı 60 xalla turnir cədvəlinin 5-ci pilləsində başa vurub. İraolanın çalışdırdığı “Bornmut” isə 57 xal toplayaraq 6-cı yeri tutub.

Slot “Liverpul”a gəlməzdən əvvəl “Feyenoord”da çalışırdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti