11 milyon avro ödəməyə razıdır - İcarəyə gələn hücumçu yolunda

30 May 10:20 Fransa 857
11 milyon avro ödəməyə razıdır - İcarəyə gələn hücumçu yolunda

“Barselona”dan icarə əsasında “Monako”da çıxış edən hücumçu Ansu Fati karyerasını Fransa klubunda davam etdirə bilər.

Sportinfo.az “Nice Matin”-ə istinadən xəbər verir ki, tərəflər ispaniyalı futbolçunun şəxsi müqavilə şərtləri üzrə razılığa yaxınlaşıb.

“Knyazlıq klubu” 11 milyon avro qarşılığında onun transfer hüquqlarını aktivləşdirməyi planlaşdırır.

Transferin qarşısında əsas maneə Fatinin maaşıdır. Bildirilir ki, o, “Barselona”da ayda 500 min avro qazandığı üçün bu məbləğ “Monako”nun büdcəsinə uyğun gəlmir.

2025/26 mövsümünü icarə əsasında “Monako”da çıxış edən 23 yaşlı futbolçunun maaşının 50 faizini fransızlar, digər yarısını isə “Barselona” ödəyib.

O, son mövsümdə “Monako”nun heyətində 30 oyunda iştirak edib, 12 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu