Anası Mahirin yaşadığı problemin səbəbini bilmir: “Ondan soruşun”

09:00 Bizimkilər 110
Anası Mahirin yaşadığı problemin səbəbini bilmir: “Ondan soruşun”

Almaniyanın II Bundesliqasında mövsümün başa çatmasıyla Mahir Emrelinin "Kayzerslautern"dən ayrılacağı haqda xəbərlərin artması bir oldu.

Görünür, "qırmızı iblislər"də də özünə yer tapa bilməyən həmvətənimiz yenə klub dəyişəcək.

Sadəcə, bu dəfə məsələ fərqlidir.

Ona görə ki, hücumçunun ötən ilin yayında imza atdığı müqavilənin müddəti 3 ildir. Bu səbəbdən futbolçunun başqa komandaya keçidi böyük ehtimalla icarə əsasında mümkün olacaq.

Sportinfo.az xəbər verir ki, Mahirin anası Elnurə Emreli bu haqda "Futbol+”ə danışıb:

"Mahir mayın 23-dən Bakıdadır. Artıq millinin heyətində məşqlərə başlayıb. "Kayzerslautern"lə müddəti davam edən müqaviləsi var.

Hazırda yığmanın qarşıdakı oyunlarına köklənib. Hələ danışıq apardığı klublar yoxdur.

Əlbəttə, müntəzəm təkliflər olur. Ancaq qeyd etdiyim kimi, hazırda bütün fikri millidədir.

Sonuncu suala gəlincə, cavabı ancaq "Kayzerslautern"in baş məşqçisindən soruşa bilərsiz. Biz də yalnız sizin bildiklərinizi bilirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti