Rayon çempionu olan kənd komandası: Bu görüntülər ələ düşməz! - VİDEO

29 May 23:40 Hadisə 108
Rayon çempionu olan kənd komandası: Bu görüntülər ələ düşməz! - VİDEO

Qusarda hər il keçirilən rayon çempionatına yekun vurulub.

Budəfəki yarış möhtəşəm final oyununa səhnə olub.

Qalacıq kənd meydançasında baş tutan qarşılaşmada “Quxur Oba” və “Ukur” üz-üzə gəlib. Yerli əhalinin böyük marağına səbəb olan matçı 1000-ə yaxın azarkeş canlı izləyib.

Gərgin mübarizədə rəqibini məğlub etməyi bacaran “Quxur Oba” kuboku başı üzərinə qaldırıb.

Final fitindən sonra stadionda əsl bayram ab-havası yaşanıb. Kənd camaatı qalib komandanın futbolçularını çiyinlərində gəzdirib,

finşəng yandırıb, rəqs ediblər. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Rəy yazanların əksəriyyəti heç Premyer Liqa oyunlarının bu qədər azarkeş tərəfindən izlənilmədiyini qeyd ediblər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti