26 yaşlı forvardı heyətinə qatmaq istəyən klub PSJ-dir

30 May 01:30 Fransa 449
26 yaşlı forvardı heyətinə qatmaq istəyən klub PSJ-dir

“Atletiko”nun və Argentina millisinin hücumçusu Xulian Alvares karyerasını Fransa çempionatında davam etdirə bilər.

Sportinfo.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, 26 yaşlı forvardı heyətinə qatmaq istəyən klub PSJ-dir.

Paris təmsilçisinin transfer üçün Madrid klubuna 120 milyon avro və əlavə olaraq iki futbolçu təklif etməyə hazır olduğu bildirilir. Həmin oyunçuların adları isə açıqlanmır.

Alvaresin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

O, 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 17:50 Çək və bizə göndər!
13 İyul 16:20 "Qəbələ"dən 5 yoxlama
13 İyul 02:50 Yusif Avropa çempionudur