Komandanı Premyer Liqadan aşağı salan baş məşqçi, görün, rəhbərlikdən nə tələb edib!

14:20 Hadisə 286
Komandanı Premyer Liqadan aşağı salan baş məşqçi, görün, rəhbərlikdən nə tələb edib!

‘Karvan-Yevlax” baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

Onun başa çatan müqaviləsinin müddəti yenilənməyib.

Misli Premyer Liqasında 2025/2026 mövsümünü 15 xalla sonuncu sırada bitirən “Karvan-Yevlax” J Liqaya düşüb.

AFFA-nın sabiq texniki direktoru Cahangir Həsənzadənin məsləhəti, ”Turan Tovuz”un məşqçisi Yunis Hüseynovun vasitəsilə ötən ilin noyabrında Yevlax təmsilçisinin sükanı arxasına keçmiş F.Məmmədov aşağı liqada çalışmağa hazır idi. Hər şey onun istədiyi kimi ola bilərdi - əgər rəhbərlik tələblərini yerinə yetirsəydi.

Vaxtilə ”Neftçi”də işləmiş məşqçi burada qalmaq üçün bir neçə şərt irəli sürüb. 800 min manata yaxın büdcə, yüksəködənişli futbolçular, əla mükafat, yemək, içmək…

Sükançı bu məsələləri müzakirə etmək üçün idarəçilərin qəbulunda olub. Ona «biz bu şəraiti yaratsaq, komandanın gələn yay yenidən Premyer Liqaya qaytaracağına söz verirsənmi» sualı ünvanlanıb.

O isə cavabında I Liqada çempion olacaqlarını vəd etməyib, buna çalışacaqlarını söyləyib. Əlqərəz, bir az nala-mıza vurub, üzərinə məsuliyyət götürməkdən yayınıb.

Təbii ki, bu da funksionerlərin ürəyincə olmayıb.

Üstəlik, onların düşərgədə saxlamaq istədiyi əksər oyunçular Məmmədovdan şikayətlənib. Baş məşqçinin qalacağı təqdirdə, komandanı dəyişəcəklərini bildiriblər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti