“Çelsi” Almaniya millisinin və “Liverpul”un yarımmüdafiəçisi Florian Virtslə ciddi şəkildə maraqlanır.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi almaniyalı futbolçusuna uyğun təklif gələrsə, onun satışını nəzərdən keçirə bilər.
Virts daha əvvəl Xabi Alonsonun baş məşqçisi olduğu Leverkuzen “Bayer”ində çıxış edib. Hazırda isə Alonso “Çelsi”ni çalışdırır.
21 yaşlı yarımmüdafiəçi ötən yay “Liverpul”a keçərək, klub tarixinin ən bahalı transferinə çevrilmişdi.
O, debüt mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

