“Neftçi”nin ikinci... BU GÜN

08:50 Neftçi 231
“Neftçi”nin ikinci... BU GÜN

“Neftçi” iyulun 22-də Polşa təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” yerli “Termalitsa Nyeçetşa” ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək oyun “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.

İlk yoxlama oyununda “Hapoel Təl-Əviv”lə heç-heçə edən (1:1) “ağ-qaralar” digər sınaq matçlarında iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!