
“Neftçi” Polşanın Keltse şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın üzvləri toplanışın 7-ci günündə növbəti məşqə çıxıblar.
Bu, “ağ-qaralar”ın yerli “Termalitsa Nyeçetşa”ya qarşı bu gün keçirəcəyi ikinci yoxlama oyunundan əvvəl son hazırlığı olub.
Bakı vaxtı ilə saat 13:30-da (yerli vaxtla 11:30) start götürəcək görüş “Sportovi novini” stadionunda təşkil olunacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.