Azərbaycan klubunda səs-küylü ayrılıq reallaşdı - SON DƏQİQƏ

21 İyul 2025 20:00 Zirə 6 086
Azərbaycan klubunda səs-küylü ayrılıq reallaşdı - SON DƏQİQƏ

"Zirə"nin Konfrans Liqasında iştirak ərizəsinə salmadığı Salifu Suma kollektivlə sağollaşıb.

Afrikalı legioner bu gün axşam Bakını tərk edəcək.

Avropaya yollanan 21 yaşlı gənc birbaşa yeni komandasının düşərgəsinə qoşulacaq.

Tibb baxışdan uğurla keçəcəyi halda vingerlə anlaşma imzalanacaq.

Suma 2023-cü ilin avqustundan ölkəmizdə çıxış eləyirdi. “Zirə“ onu “Havr“dan (Fransa) sıralarına qatmışdı.

Premyer Liqanın gümüş medalçısı ilə 2027-ci ilin yayınadək kontraktı olan qvineyalıya görə Azərbaycan klubuna təzminat ödənəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA