Bu klub Azərbaycan çempionatından imtina etdi - SON DƏQİQƏ

22 İyul 21:00 Azərbaycan Futbolu 2 400
Bu klub Azərbaycan çempionatından imtina etdi - SON DƏQİQƏ

Bu klub II Liqada iştirakdan imtina etdi

İyulun 15-də Premyer Liqanın püşkü atıldı və avqustun 15-dən etibarən 12 komandanın mübarizə aparacağı rəsmən təsdiqini tapdı.

1-ci Liqa ilə bağlı da suallar görünmür. Peşəkar Futbol Liqası bu çempionatın 10 komanda ilə keçiriləcəyi və 3 dövrədən ibarət olacağını öncədən açıqlayıb. II Liqa ilə bağlı suallar isə qalmaqdadır.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə ötən mövsüm çıxış edən “Qusar” klubu iştirakdan imtina edib. Daha doğrusu, ötən mövsüm bir neçə oyunda təşkilati baxımdan qayda pozuntularına yol verən, hətta bir matçda texniki məğlubiyyət alan “Qusar”dan kimsə iştirakla bağlı PFL-in müraciətlərinə, məktublarına cavab vermir.

Bu isə tezliklə bu klubun II Liqadan uzaqlaşdırılması ilə nəticələnəcək.

Belədə AFFA İcraiyyə Komitəsi region liqasının son mövsümündəki nəticələrə əsasən lisenziyalaşdırma tələblərinə cavab verən ilk klubu II Liqaya dəvət edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda