SON DƏQİQƏ: Azərbaycan klubu onu “Qarabağ”ın köhnə tanışına satdı - ADI BİZDƏ!

22 İyul 2025 10:40 Zirə 3 201
SON DƏQİQƏ: Azərbaycan klubu onu “Qarabağ”ın köhnə tanışına satdı - ADI BİZDƏ!

«Zirə»nin Salifu Sumanı hansı kluba satması artıq bizə məlumdur.

Qvineyalı vinger karyerasını «Malmö»də davam etdirəcək.

21 yaşlı afrikalı hazırda İsveçdədir.

Suma bu gün tibbi baxışdan keçəcək. Sağlıq durumunda problem aşkarlanmasa, onunla uzunmüddətli müqavilə imzalanacaq.

Premyer Liqanın g\ümüş medalçısı Konfrans Liqasında mübarizə aparacaq.

«Qartallar» satış ehtimalının yüksək olmasını nəzərə alaraq, Sumanı UEFA-ya sifariş etməyib. Bəzi digər oyunçularla yanaşı, onun da adı quruma göndərilən iştirak ərizəsinə salınmayıb.

Suma ilə son vaxtlara kimi bir çox klub maraqlanırdı. Kiyev «Dinamo»su və «Maribor» onların başında gəlirdi.

Ukrayna və Sloveniya təmsilçiləri «Zirə»ni maddi cəhətdən tam razı sala bilmədiyindən, qvineyalı Avropada gedəcəyi yeri dəyişdirməli oldu.

Burada söhbət 1-2 manatdan getmir, 1 milyon dolların üstündə məbləğdən gedir.

«Dinamo» bu rəqəmin altında bir təkliflə «qartallar»ın qapısını döymüşdüsə, «Maribor» 1,2 milyon avronu ödəməyə gücünün çatmayacağını son anda anladı və geri çəkildi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA