“Motor”a qoşulan azərbaycanlı hücumçu - Onu “ehtiyat təkər” kimi götürüblər?

22 İyul 2025 17:20 Bizimkilər 755
“Motor”a qoşulan azərbaycanlı hücumçu - Onu “ehtiyat təkər” kimi götürüblər?

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yeni komandası “Motor”a əsas heyət oyunçusu kimi keçməyib.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, Lublin klubu hələ də hücumçu axtarışını davam etdirir.

Dadaşov hazırda “Motor”un heyətində yer alan 3-cü hücumçudur. Ancaq məşqçilər korpusu Samuel Mrazın “Servett”ə keçidindən sonra yaranan boşluğun doldurulduğunu düşünmür.

Polşa mətbuatı Dadaşovun əsas heyətə düşmək üçün gərgin rəqabətdən qalib ayrılmalı olacağını yazıb.

Renat Dadaşov bir neçə gün əvvəl Polşanın digər klubu “Radomyak”dan “Motor”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM