“Klub rəhbərləri yerli məşqçilərə inanmır, hörmətsizlik edirlər” - VİDEO

“Klub rəhbərləri yerli məşqçilərə inanmır, hörmətsizlik edirlər” - VİDEO

“Klub rəhbərləri, idman direktorların yerli məşqçilərə inanmırlar.

Gedib Çexiyada üçüncü liqada çalışan, adı eşidilməyəni gətirib bizdən üstün tuturlar.

Nə edək ki, o Portuqaliya passportu daşıyır, biz isə Azərbaycan.

Onu da deyək ki, Azərbaycana gəlib-gedən məşqçilər, Murad Musayev istisna olmaqla, gedib haradasa normal bir çempionatda və ya klubda işləmirlər.

Bizim yerli mütəxəssislər nə onların savadından, nə də bacarığından geridə qalır. Deyirlər ki, gəlmələrdə nizam-intizam olur.

Çox yalan fikirdir, bəhanədir. Bu, ancaq həmin məşqçinin gəlmədən öncə uydurulan reklamıdır”.

Bu açıqlama futbol mütəxəssisi Mahmud Qurbanova məxsusdur.

Tanınmış məşqçi “Sportinfo TV”də Elçin Cəfərovun aparıcısı olduğu “Futbol manşet” verilişində yerli məşqçilərlə əcnəbilərin müqayisəsini aparıb, özlərinə qarşı hörmətsizlik edildiyini diqqətə çatdırıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!