“Qarabağ”dan gedən məşhur Pro Liqanın debütantı ilə müqavilə imzaladı

22 İyul 2025 09:20 Qarabağ 3 704
“Qarabağ”dan gedən məşhur Pro Liqanın debütantı ilə müqavilə imzaladı

"Qarabağ"dan ayrılan Yassin Benzianın yeni klubu müəyyənləşib.

Sportinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

31 yaşlı oyunçu Pro Liqanın debütantı "Əl Həzm" ilə müqavilə imzalayıb. Ər Ras təmsilçisi Benzianın keçidini yaxın müddətdə açıqlayacaq.

Yassin Benzia "Qarabağ"la başa çatan müqaviləsini yeniləməyib. O, 2023-cü ilin yanvarından Ağdam təmsilçisinin şərəfini qoruyurdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti