"Yeni mövsümdən Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər"

22 İyul 2025 13:20 Voleybol 846
"Yeni mövsümdən Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər"

Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

O, növbəti mövsümdən qadınların yarışında komanda sayının artacağını bildirib:

"Hazırda 8 komandalı çempionat üzərində işləyirik. Bildiyiniz kimi, əvvəllər bu rəqəm 6-ya bərabər idi.

Lakin ola bilər ki, say 9-a çatsın. Amma bu dəqiq deyil. Azərbaycanda voleybolun inkişafı göz qabağınadır. İnanıram ki, istədiyimiz hədəflərə çatacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM