Azərbaycan klubu onu haradan tapıb? - TƏƏCCÜBLƏNDİLƏR

22 İyul 2025 09:00 Hadisə 3 452
Azərbaycan klubu onu haradan tapıb? - TƏƏCCÜBLƏNDİLƏR

Xorxe Kaskilyanın “İmişli”nin baş məşqçisi təyin olunması Portuqaliyada təəccüblə qarşılanıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssisin 56 yaşı olsa da, yüksək liqa təcrübəsi o qədər də zəngin deyil.

“İmişli” isə 2025-26 mövsümündə Premyer Liqada mübarizə aparacaq.

Yerli KİV Kaskilyanın bu vəzifənin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşır. Həm də portuqaliyalının ölkə xaricindəki iş təcrübəsi azdır.

O, ilk dəfə ötən il ölkəsindən kənarda işləyib. Kaskilya bu ilin martına qədər Çexiyanın aşağı liqa komandası “Znojmo”da çalışıb.

“İmişli” növbəti mövsüm Premyer Liqada debüt edəcək.

Digər Xəbərlər
Xəbər Lenti