Millimizi çalışdırmış xorvat “Zirə”ni favorit görmür: “Məncə, püşk razı saldı”

12:40 Zirə 315
Millimizi çalışdırmış xorvat “Zirə”ni favorit görmür: “Məncə, püşk razı saldı”

“Hayduk”u cütün favoriti hesab edirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında vaxtilə Azərbaycan millisində baş məşqçi işləmiş xorvatiyalı Nikola Yurçeviç Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk" və "Zirə" arasında keçiriləcək oyunlar barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, “Zirə” təhlükəli komandadır:

“Onlar ötən il Konfrans Liqasında Xorvatiyanın digər təmsilçisi “Osiyek”i mübarizədən kənarlaşdırmışdılar. Bu dəfə “Hayduk” diqqətli olmalıdır.

Split klubu ölkəmizin ən böyük komandalarından biridir. Məncə, püşkatma kollektivi razı salıb”.

58 yaşlı çalışdırıcı rəqibin heyətində Marko Livaya kimi təcrübəli futbolçunun olduğunu xatırladıb:

“Marko yaxşı klublarda oynayıb. Yetərincə təcrübəsi var. Hər iki matçda fərq yarada bilər”.

"Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də Bakıda, cavab matçını isə iyulun 31-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!