"Neftçi" xaricdən yeni məşqçi gətirdi, Görün, tanıdızmı? - SON DƏQİQƏ

13:00 Neftçi 2 259
"Neftçi" xaricdən yeni məşqçi gətirdi, Görün, tanıdızmı? - SON DƏQİQƏ

«Neftçi»də yeni məşqçi işə başlayıb.

İvan Yovanovski Samir Abasova köməkçi təyin edilib.

«Ağ-qaralar» şimali makedoniyalı mütəxəssislə 1 illik müqavilə imzalayıb.

42 yaşlı balkanlı baş məşqçinin fiziki hazırlıq üzrə yardımçısı funksiyasını yerinə yetirəcək.

O, bu postda Boqdan-Kornel Merişanunu əvəzləyib. Samir Abuasovun istəyi ilə rumıniyalının müqavilə müddəti uzadılmayb.

İlk dəfə 2021-ci ildə Lorentsio Regekampf tərəfindən «Neftçi»yə dəvət olunmuş mütəxəssis 1 il sonra yola salınmış, bir daha 2025-ci ilin əvvəlində geri qaytarılmışdı.

Yovanovski indiyədək bir çox klubda işləyib. Onun vaxtilə Azərbaycana da yolu düşüb. 2012-2013-cü illərdə «Keşlə»də fitness məşqçisi olaraq fəaliyyət göstərib.

Həmçinin «Şkendiya», «Ural», «Brera», «Rizespor», «Akademiya Pandev», «Gənclərbirliyi», «FK Makedoniya», «Ludoqorets», «ÇSKA Sofiya» və «Metallurq Skopya»da əmək sərf edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!