"Klubların əcnəbi məşqçi sevdasını hec cür qəbul edə bilmirəm" - VİDEO

21 İyul 20:20 Azərbaycan Futbolu 190
"Klubların əcnəbi məşqçi sevdasını hec cür qəbul edə bilmirəm" - VİDEO

“Premyer Liqada uğur qazanan baş məşqçilərin hamısı yerlilərdir.

Klubların əcnəbi məşqçi sevdasını hec cür qəbul edə bilmirəm.

Məsələn, futbolçu olduğum dönəmlərdə “Xəzər Lənkəran”da qızıl dubl etmişdik, baş məşqçimiz də Ağasəlim Mircavadov idi.

Ancaq Lənkəran komandasının maliyyə cəhətdən ən yaxşı dönəmi Mirça Rednikin dövrü idi. O imkanlar qarşısında ölkə çempionluğu yaşanılmadı.

AFFA-nın yeni strategiyasında yerli məşqçilərin inkişafı da önəmli yerlərdən birini tutur. Yerli məşqçilərimiz kənarda qalmamalıdır”.

Bu açıqlama futbol mütəxəssisi Mahmud Qurbanova məxsusdur.

Tanınmış məşqçi “Sportinfo TV”də Elçin Cəfərovun aparıcısı olduğu “Futbol manşet” verilişində yerli məşqçilərin iş tapmaq probleminə toxunub, ötən dövrlə müqayisələr aparıb.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!