Premyer Liqa klubu aparıcı simasını bu ölkəyə göndərdi - SON DƏQİQƏ

22 İyul 2025 09:40 Zirə 1 665
Premyer Liqa klubu aparıcı simasını bu ölkəyə göndərdi - SON DƏQİQƏ

«Zirə»nin vingeri Salifu Suma artıq Avropadadır.

Saytımız qvineyalı legionerin hansı ölkəyə yollandığını artıq dəqiqləşdirib.

21 yaşlı afrikalı İsveçə üz tutub. O, bu ölkənin aparıcı klublarından biriylə müqavilə imzalayacaq.

Premyer Liqanın g\ümüş medalçısı Konfrans Liqasında mübarizə aparacaq.

«Qartallar» satış ehtimalının yüksək olmasını nəzərə alaraq, Sumanı UEFA-ya sifariş etməyib. Bəzi digər oyunçularla yanaşı, onun da adı quruma göndərilən iştirak ərizəsinə salınmayıb.

Suma ilə son vaxtlara kimi bir çox klub maraqlanırdı. Kiyev «Dinamo»su və «Maribor» onların başında gəlirdi.

Ukrayna və Sloveniya təmsilçiləri «Zirə»ni maddi cəhətdən tam razı sala bilmədiyindən, qvineyalı Avropada gedəcəyi yeri dəyişdirməli oldu.

Burada söhbət 1-2 manatdan getmir, 1 milyon dolların üstündə məbləğdən gedir.

«Dinamo» bu rəqəmin altında bir təkliflə «qartallar»ın qapısını döymüşdüsə, «Maribor» 1,2 milyon avronu ödəməyə gücünün çatmayacağını son anda anladı və geri çəkildi.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA