Yığmamızın baş məşqçisi açıqladı: “Qrupdan çıxsaq...”

22 İyul 2025 03:20 Voleybol 515
Yığmamızın baş məşqçisi açıqladı: “Qrupdan çıxsaq...”

“Qarşıda bizi Avropa çempionatı bizi gözləyir.

Mənim üzərimə həm federasiya nümayəndəsi, həm də baş məşqçi olaraq çox böyük yük düşür".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis yığmanın şanslarını avqustda keçiriləcək Avropa çempionatının püşkatmasından sonra müzakirə edəcəklərini bildirib:

"Çətinlik odur ki, 8 oyunçumuz Avropa Qızıl Liqasında oynamadı. Amma gənclər meydana çıxdı.

Bu gün yığmada çıxış edən voleybolçular 14-15 yaşlarında Azərbaycanda oynayıblar. Milli komandanın baş məşqçisi olaraq qrupdan çıxmaq üçün əlimzidən gələni etməyə çalışırıq.

Növbəti il Avropa çempionatının Azərbaycanda keçirilməsi böyük hadisədir. Qrupdan çıxsaq, ölkəmiz üçün bir uğurdur.

Bu barədə növbəti dəfə görüşüb sizinlə müzakirələr aparacağıq. Hər birinizi təbrik edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb