"O, mənə klub haqda məlumat verib" - "Hayduk"un futbolçusu

01:20 Zirə 176
"O, mənə klub haqda məlumat verib" - "Hayduk"un futbolçusu

"Xoş qarşılama üçün təşəkkürlər. Sabahkı oyuna hazırıq. Uğurlu nəticə əldə etməyi düşünürük".

Sportinfo.az xəbər verir ki, bu sözləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk"un futbolçusu Filip Krovinoviç deyib.

Xorvatiyalı "Zirə" barədə məlumatlı olduqlarını bildirib:

"Dario Melnyakla danışmışıq. O, mənə klub və ölkə haqda məlumat verib. İlk dəfədir ki, buradayıq.

Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu və yaxşı futbolçuların da burada çıxış etdiyini bilirik.

Biz özümüzə köklənmişik. Məqsəd növbəti mərhələyə vəsiqə qazanmaqdır".

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda