Universiadada böyük uğur qazanmış Azərbaycan bədii gimnastları vətən döndü

22 İyul 2025 01:30 Digər növlər 651
Universiadada böyük uğur qazanmış Azərbaycan bədii gimnastları vətən döndü

Almaniyada keçirilən XXXII Ümumdünya Yay Universiadasında 3 medal qazanmış Azərbaycan bədii gimnastları Vətənə dönüblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançıları hava limanında federasiyanın nümayəndələri, gənc gimnastlar və ailə üzvləri qarşılayıblar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət qrup müxtəlif proqramlar üzrə 2 qızıl, 1 gümüş medal qazanıb.

Bu, Universiadalar tarixində komanda yarışlarında gimnastlarımızın ilk uğurudur.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM