"Şamaxı" "Karvan"ı məğlub edib

21 İyul 2025 22:40 Azərbaycan Futbolu 930
"Şamaxı" "Karvan"ı məğlub edib

Yeni mövsümün hazırlığını davam etdirən "Şamaxı" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Premyer Liqaya yüksələn "Karvan"la qarşılaşıb.

Qəbələ şəhər stadionunda baş tutan oyun "Şamaxı"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Abdullahi Şuaybu və Bilal İsmayılov vurub.

"Şamaxı" ilk hazırlıq oyununda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”