“Neftçi”nin yeni 10 və 11 nömrələrini tanıyın – Seçim etdilər

22 İyul 21:20 Neftçi 1 056
“Neftçi”nin yeni 10 və 11 nömrələrini tanıyın – Seçim etdilər

“Neftçi”nin yeni transferləri nömrə seçimini edib.

Komandanın yeniləri – Freddi Varqasla Cordan Rezabala növbəti mövsümdə müvafiq olaraq 10 və 23 nömrəli maykalarda mübarizə aparacaqlar.

İmad Faraj isə öncəki mövsümdə Aleks Fernandesin əynində gördüyümüz “11”ə yiyələnib. Braziliyalı yarımmüdafiəçi isə “25”i seçməli olub.

Sessi D'Almeyda 6, Luis Ortis 22, Elvin Bədəlov 15, Murad Xaçayev 17 nömrəli formanı geyinəcəklər.

Ağadadaş Salyanski “91”i Azər Salahlının boşaltdığı “19”la əvəzləyibsə, Emil Səfərov son illərdə Azər Əliyevin geyindiyi “7”yə yiyələnib.

Hazırda sahibsiz qalan 3 və 5 nömrələr yeni transferlərin əynində olacaq. Onlardan biri “Araz-Naxçıvan”dan gələcək İqor Riberyoya veriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 08:20 Quliyev Serbiya yolunda