"Qəbələ"dən növbəti qələbə

21 İyul 23:20 Qəbələ 327
"Qəbələ"dən növbəti qələbə

“Qəbələ” yeni mövsümün hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Kaxaber Tsxadadzenin yetirmələri “Kəpəz”lə üz-üzə gəlib.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. "Qəbələ" ikinci hissədə rəqib qapısına iki dəfə yol tapıb.

Öncə Paulo Quimbila hesabı açıb. Ardınca Domi Massoumou fərqlənib – 2:0.

"Qəbələ” ilk yoxlama oyununda “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 18:10 Çək və bizə göndər!