
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şelburn"un qonağı olacaq.
Azərbaycan çempionu artıq İrlandiyaya yoldanıb.
Sportinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qarşıdakı görüşlə bağlı danışıb.
Təcrübəli mütəxəssis rəqibin zəif olmasıyla bağlı iddialara münasibət bildirib, buna əks arqumentlər gətirib. O, qeyd edib ki, "Şelburn"un özünəməxsus tərzi, qabaritli futbolçuları var.
"Şelburn" - "Qarabağ" qarşılaşması iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 29-da Bakıda baş tutacaq.