Azərbaycan millisinin müdafiəçisi qol pası verdi, rəmzi yığmaya düşdü

22 İyul 2025 03:00 Qadın futbolu 665
Azərbaycan millisinin müdafiəçisi qol pası verdi, rəmzi yığmaya düşdü

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Alina Dorofeyeva Rusiya çempionatında turun rəmzi yığmasına düşüb.

Sportinfo.az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Rubin”in formasını geyinən müdafiəçi XV turun ən yaxşıları arasında yer alıb.

Dorofeyevanın komandası XV turda “Zvezda-2005” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Milli üzvü komandasının vurduğu ilk qolda (21-ci dəqiqə) məhsuldar ötürmə müəllifi olub.

Start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib.

“Rubin” XVI turda “Yenisey” komandası ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM