Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 6 matç keçirilib.
"Mançester Siti" öz meydanında "İnter"lə heç-heçə edi - 0:0. PSJ isə "Jirona"nı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. Dormund "Borusiya"sı səfərdə "Bügge"yə 3 cavabsız qol vurub.
Tura bu gün keçiriləcək 6 oyunla yekun vurulacaq.
Çempionlar Liqasının əsas mərhələsi tarixdə ilk dəfə Liqa mərhələsi formatında təşkil olunur. Daha əvvəl bu mərhələnin əvəzinə qrup mərhələsi keçirilirdi.
36 komandanın mübarizə apardığı Liqa mərhələsinin yekununda 1-8-ci yeri tutanlar ÇL-in 1/8 finalına, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar isə avrokuboklarla mübarizəni başa vuracaqlar.
18 sentyabr
20:45. "Bolonya" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 0:0
20:45. "Sparta" (Çexiya) - "Zalsburq" (Avstriya) - 3:0
Qollar: Kayrinen, 2, Olatunyi, 42, Laci, 58
23:00. "Seltik" (Şotlandiya) - "Slovan" (Slovakiya) - 5:1
Qollar: Skales, 17, Furuhaşi, 47, Engels, 56, Maeda, 70, İdah, 87 - Vinmer, 61
23:00. "Brügge" (Belçika) - "Borussiya" (Dortmund, Almaniya) - 0:3
Qollar: Bunoe-Gittens, 76, 86, Qirassi, 90+5
23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 0:0
23:00. PSJ (Fransa) - "Jirona" (İspaniya) - 1:0
Qol: Qazzaniqa, 90-avtoqol
19 sentyabr
20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya)
20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya)
23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə)
23:00. "Atletiko" (İspaniya) - "Leyptsiq" (Almaniya)
23:00. "Brest" (Fransa) - Şturm Qratz" (Avstriya)
23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya)
17 sentyabr
"Yuventus" (İtaliya) – PSV (Niderland) - 3:1
"Yanq Boyz" (İsveçrə) – "Aston Villa" (İngiltərə) - 0:3
"Milan" (İtaliya) – "Liverpul" (İngiltərə) - 1:3
"Bavariya" (Almaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 9:2
"Real" (İspaniya) – "Ştutqart" (Almaniya) - 3:1
"Sportinq" (Portuqaliya) – "Lill" (Fransa) - 2:0