Mövsümün rəmzi komandası açıqlandı - Çempionlar Liqasında

4 İyun 2024 00:20 Çempionlar Liqası 390
Mövsümün rəmzi komandası açıqlandı - Çempionlar Liqasında

Çempionlar Liqasının 2023/2024 mövsümünün rəmzi komandasını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, heyətdə finalda üz-üzə gələn “Real” və “Borussiya”nın (Dortmund) hərəyə 4 futbolçusu yer alıb.

Həmçinin komandada PSJ, “Bayern” və “Mançester Siti”dən hərəyə bir oyunçu var.

Çempionlar Liqasının rəmzi komandası: Qreqor Kobel, Marsel Zabitser, Yan Matsen, Mats Hummels (“Borussiya”, Dortmund), Dani Karvaxal, Antonio Rüdiger, Vinisius Junior, Cud Bellingem (hamısı “Real”), Vitinya (PSJ), Fil Foden (“Mançester Siti”), Harri Keyn (“Bayern”).

“Real” Çempionlar Liqasının 2023/24 mövsümünün qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti