Çempionlar Liqasının finalını kimlər idarə edəcək?

14 May 2024 00:00 Çempionlar Liqası 493
Çempionlar Liqasının finalını kimlər idarə edəcək?

Çempionlar Liqasının finalında keçiriləcək “Real” - “Borussiya” (Dortmund) oyunu üçün hakim təyinatları müəyyənləşib.

“Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək.

Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fransua Leteksier (Fransa) idarə edəcək.

İyunun 1-də Londonda, “Uembli” stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2