"Qarabağ"ın qənimi "İnter"ə, "Barsa" "Bavariya"ya uduzdu - VİDEOLAR+NƏTİCƏLƏR

14 Sentyabr 2022 01:00 Çempionlar Liqası 823
"Qarabağ"ın qənimi "İnter"ə, "Barsa" "Bavariya"ya uduzdu - VİDEOLAR+NƏTİCƏLƏR

Çempionlar Liqasının qrup mərhələsinin II turunda daha 5 oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, A qrupunda "Liverpul"u evdə "Ayaks"ı çətinliklə məğlub edib.

Şotlandiyada "Reyncers" və "Napoli" arasında oynanılmalı olan qarşılaşma Böyük Britaniya kraliçası II Elizabetin dəfni öncəsi tədbirlərlə əlaqədar 14 sentyabra təxirə salınıb.

B qrupunda "Portu" Portuqaliyada "Brügge"yə böyük hesabla uduzub. Almaniyada "Bayer" və "Atletiko" (Madrid) arasında keçirilən görüşdə Bundesliqa təmsilçisi inamlı qələbə qazanıb.

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda baş tutub. Qrup mərhələsinə 3 xalla start verən "Bavariya" ilə "Barselona" Münhendə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

A qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland) - 2:1

Qollar: Məhəmməd Salah, 17. Joel Matip, 89 - Məhəmməd Kudus, 27

Xal durumu: "Napoli" - 3 (1 oyuna). "Liverpul" - 3. "Ayaks" - 3. "Reyncers" - 0 (1 oyuna).

B qrupu

23:00. "Portu" (Portuqaliya) - "Brügge" (Belçika) - 0:4

Qollar: Ferran Hutqla, 15 (penalti). Kamal Sova, 47. Andreas Skov Olsen, 52. Antonio Nusa, 90

23:00. "Bayer" (Almaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:0

Qol: Robert Andrix, 84, Diabi, 87

Xal durumu: "Brügge" - 6. "Bayer" - 3. "Atletiko" - 3. "Portu" - 0

C qrupu

20:45. "Viktoriya" (Plzen, Çexiya) - "İnter" (İtaliya) - 0:2

Qollar: Edin Dzeko, 20. Denzel Dumfris, 71

Qırmızı vərəqə: Pavel Buça, 61 ("Viktoriya"))

23:00. "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) - 2:0

Qollar: Lukas Ernendes, 51. Leroy Sane, 54

Xal durumu: "Bavariya" - 6. "Barselona" - 3. "İnter" - 3. "Viktoriya" - 0

D qrupu

20:45. "Sportinq" (Portuqaliya) - "Tottenhem" (İngiltərə) - 2:0

Qollar: Juan Paulu Diaş Fernandeş, 90. Artur Qomes, 90+3

23:00. "Marsel" (Fransa) - "Ayntraxt" (Frankurt, Almaniya) - 0:1

Qollar: Yesper Lindström, 43

Xal durumu: "Sportinq" - 6. "Tottenhem" - 3. "Ayntraxt" - 3. "Marsel" - 0.

Digər Xəbərlər
Xəbər Lenti