Məşhur futbolçu "Neftçi"yə belə bir XƏBƏRDARLIQ ETDİ

27 İyul 2021 19:20 Çempionlar Liqası 1 834
Məşhur futbolçu "Neftçi"yə belə bir XƏBƏRDARLIQ ETDİ

"İlk oyundakı kimi, cavab matçında da çətinliklər olacaq.

Evdəki görüşdə qol buraxmadan qazanılan qələbə çox vacib idi. İlk addımı atdıq. İnanıram ki, bizdə alınacaq".

Sportinfo.az xəbər verir ki, bunu "Olimpiakos"un futbolçusu Matyö Valbuena Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.

Fransalı yarımmüdafiəçi bildirib ki, görüş asan keçməyəcək: "Meydanda əlimizdən gələni edəcəyimizə əminəm.

Səfərdə fərqli oynaya bilərik. Birinci matçda bəzi oyunçular meydanda olmadı. Məqsəd növbəti mərhələyə adlamaq və yolumuza davam etməkdir".

İyulun 28-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Olimpiakos" oyunu saat 20:00-da başlayacaq. İlk oyunda "ağ-qaralar" 0:1 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"