"Çelsi" Çempionlar Liqasını qazandı - VİDEO

30 May 2021 00:58 Çempionlar Liqası 1 062
"Çelsi" Çempionlar Liqasını qazandı - VİDEO

Çempionlar Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Çelsi" tarixində ikinci dəfə Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazanıb.

"Zadəganlar" finalda "Mançester Siti" üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasını əldə etmə şansını qaçırıb. "Çelsi" isə 9 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub. London təmsilçisi həmçinin 2019-cu ildə Bakıda Avropa Liqasını qazanıb.\

"M1ançester Siti" – "Çelsi" 0:1
Qol: K.Haverts, 42.
Baş hakim: Antonio Mateu Laos (İspaniya).

Mançester Siti: Ederson, Kayl Uolker, Con Stounz, Ruben Dias, Aleksandr Zinçenko, İlkay Gündoğan, Bernardo Silva, Fil Foden, Riyad Mahrez, Kevin de Breyne, Rahim Sterlinq.
Çelsi: Eduard Mendi, Ris Ceyms, Sesar Aspilikueta, Tyaqo Silva, Antonio Rudiger, Ben Çiluell, Jorjinyo, Nqolo Kante, Meyson Maunt, Kay Haverts, Timo Verner.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"