Neymar “Barselona” ilə cavab oyununda da olmayacaq

10 Mart 2021 01:38 Çempionlar Liqası 775
Neymar “Barselona” ilə cavab oyununda da olmayacaq

PSJ-nin ulduzu Neymar “Barselona” ilə Çempionlar Liqasının1/8 final mərhələsinin cavab matçını da buraxmalı olacaq.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı braziliyalı hücumçu ümumi qrupla məşqlərə ötən həftə qismən başlayıb. O, hazırda fərdi məşqlərini davam etdirir.

PSJ-nin digər oyunçusu Xuan Bernat fərdi məşqləri davam etdirir, Moyze Kin isə koronavirus səbəbindən təcrid olunub.

Bundan əlavə, Serxio Riko şəxsi səbəblərə görə bugünkü məşqi buraxıb.

Martın 10-da keçiriləcək PSJ – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. PSJ ilk görüşdə rəqibini 4:1 hesabı ilə üstələyib. Neymar həmin qarşılaşmanı da buraxmalı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti