PSJ - "Barselona" oyunu ingilisə həvalə olundu

9 Mart 2021 18:40 Çempionlar Liqası 874
PSJ - "Barselona" oyunu ingilisə həvalə olundu

Çempionlar Liqasının 1/8 finalında sabah keçiriləcək iki cavab oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, PSJ - "Barselona" görüşü İngiltərə Futbol Federasiyasından Entoni Teylora tapşırılıb.

Ona Qari Beşvik və Adam Nunn köməklik edəcək. Dördüncü hakim funksiyasını David Koote yerinə yetirəcək.

"Liverpul" - "Leyptsiq" matçı isə Fransa Futbol Federasiyasından Klement Turpinə həvalə olunub. Nikolas Danos, Kuril Qrinqore köməkçik hakimlər, Frank Şneyder dördüncü hakim olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saa 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq