"Mançester Siti" asan, "Rea" çətinliklə qələbə qazandı

25 Fevral 2021 01:55 Çempionlar Liqası 667
"Mançester Siti" asan, "Rea" çətinliklə qələbə qazandı

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Real" İtaliyada "Atalanta" ilə üz-üzə gəlib.

Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Remo Froyler 17-ci dəqiqədə qırmızı vərəqə alaraq qovulub. Matçdakı yeganə qola 86-cı dəqiqədə Ferlan Mendi imza atıb.

Digər matçda isə Almaniyanın "Borussiya" (Mönhenqladbax) və İngiltərənin "Mançester Siti" klubları qarşılaşıblar.

Pandemiya ilə bağlı səyahət məhdudiyyətləri səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən oyunda "şəhərlilər" 2:0 hesablı qələbə qazanıb. Qolları 29-cu dəqiqədə Bernardu Silva və 65-ci dəqiqədə Qabriel Jezus vurub.

Bu komandalar arasında cavab matçları martın 17-də olacaq.

"Atalanta" (İtaliya) - "Real Madrid" (İspaniya) - 0:1

Qol: Ferlan Mendi, 86

Qırmızı vərəqə: Remo Froyler ("Atalanta"), 17

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) - 0:2

Qollar: Bernardu Silva, 29, Qabriel Jezus, 65

Digər Xəbərlər
Xəbər Lenti