"Bavariya"dan böyükhesablı qələbə, "Atletiko" Madriddə gözlənilməzən "Çelsi"yə uduzdu

24 Fevral 2021 01:54 Çempionlar Liqası 648
"Bavariya"dan böyükhesablı qələbə, "Atletiko" Madriddə gözlənilməzən "Çelsi"yə uduzdu

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, hər iki qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.

İspaniya La Liqasının lideri "Atletiko" pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə oynanılan görüşdə İngiltərənin "Çelsi" komandasına 0:1 hesabı ilə uduzub. Yeganə qolu 82-ci dəqiqədə Olivye Jiru vurub.

İtaliya "Latsio"su isə öz meydanında turnirin son qalibi Almaniya "Bavariya"sına 1:4 hesabı ilə məğlub olub. Oyunda hesabı 9-cu dəqiqədə qonaqların hücumçusu Robert Levandovski açıb.

23-cü dəqiqədə Camal Musiala, 42-ci dəqiqədə isə Leroy Sane rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. İlk hissə bu hesabla bitib. Münhen təmsilçisi ikinci yarıya da erkən qolla başlayıb.

47-ci dəqiqədə Roma klubunun futbolçusu Françesko Açerbi topu öz qapısından keçirib. 2 dəqiqə sonra "Latsio" fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Komandalar arasında cavab görüşləri martın 18-də keçiriləcək.

1/8 final mərhələsi, ilk oyunlar

"Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə) - 0:1

Qol: Olivye Jiru, 68

"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya) - 1:4

Qollar: Xoakin Korrea, 49 - Robert Levandovski, 9, Camal Musiala, 23, Leroy Sane, 42, Françesko Açerbi, 47 (avtoqol)

1/8 finalın əvvəlki görüşlərində PSJ "Barselona"ya 4:1, "Liverpul" "Leyptsiq"ə 2:0, "Portu" "Yuventus"a 2:1, "Borussiya" (Dortmund) isə "Sevilya"ya 3:2 hesabı ilə qalib gəlib. Mərhələnin digər iki oyunu bu gün keçiriləcək.

"Real Madrid" İtaliyada "Atalanta" ilə, "Mançester Siti" isə Macarıstanın paytaxtı Budapeştdə "Borussiya" (Mönhenqladbax) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti