"Atletiko" və "Bavariya" bu gecə nə edəcək? - Çempionlar Liqası

23 Fevral 2021 18:00 Çempionlar Liqası 609
"Atletiko" və "Bavariya" bu gecə nə edəcək? - Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

İspaniya La Liqasının lideri "Atletiko" "Çelsi" ilə üz-üzə gələcək. Pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq matça Madrid təmsilçisi bir neçə itki ilə çıxacaq.

Xose Mariya Ximenes, Şime Vrsalko, Ektor Errera, Yannik Karrasko zədə səbəbindən oyunu buraxacaqlar. London klubunda isə Tiaqu Silva və Temmi Abrahamın bu görüşdə forma geyinməsi sual altındadır.

Gecənin digər matçı İtaliyada olacaq. "Latsio" öz meydanında turnirin son qalibi olan Almaniya "Bavariya"sını sınağa çəkəcək.

Qonaqlardan Aleksandr Nübel, Benjamin Pavar, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Tomas Müllerin oynamayacağı dəqiqdir.

Meydan sahiblərindən isə Ştefan Radu zədəli olduğu üçün meydana çıxa bilməyəcək. Digər zədəli Tomas Strakoşanın oynayıb-oynamayacağı isə bilinmir.

1/8 final mərhələsi, ilk oyunlar

24:00. "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə)

24:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

1/8 finalın əvvəlki görüşlərində PSJ "Barselona"ya 4:1, "Liverpul" Almaniyadan "Leyptsiq"ə 2:0, "Portu"u "Yuventus"a 2:1, "Borussiya" (Dortmund) isə "Sevilya"ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu sabah keçiriləcək.

"Real Madrid" İtaliyada "Atalanta" ilə, "Mançester Siti" isə Macarıstanın paytaxtı Budapeştdə "Borussiya" (Mönhenqladbax) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti