“Real” “Atalanta” səfərinə 9 itki ilə yollandı - ÇL

23 Fevral 2021 10:00 Çempionlar Liqası 515
“Real” “Atalanta” səfərinə 9 itki ilə yollandı - ÇL

Madrid “Real”ı Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Atalanta” klubuna qarşı keçirəcəyi səfər oyunu öncəsi ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, İspaniya nəhəngi bu görüş ərəfəsində cəmi 13 futbolçunun ümidinə qalıb.

Bu üzdən də baş məşqçi Zinədin Zidan əvəzedici komandadan 6 futbolçunu əsas komandaya cəlb edib. Bunlar Dieqo Altube, Viktor Çust, Migel, Serxio Arribas, Antonio Blanko və Uqo Durodur.

İtaliyaya yola düşən Madrid təmsilçisinin iştirak ərizəsinə daxil edilmiş oyunçular bunlardır:

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Dieqo Altube;

Müdafiəçilər: Rafael Varan, Naço, Ferlan Mendi, Viktor Çust, Migel;

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, İsko, Serxio Arribas, Antonio Blanko;

Hücumçular: Marko Asensio, Lukas Vaskes, Vinisius Junior, Mariano Dias, Uqo Duro.

“Atalanta” – “Real” matçı fevralın 24-də keçiriləcək. Madrid təmsilçisində 9 (!) futbolçu zədə səbəbindən Berqamoya aparılmayıb.

Bunlar müdafiəçilər Eder Militao, Serxio Ramos, Marselo, Dani Karvaxal, Alvaro Odriosola, yarımmüdafiəçilər Federiko Valverde, Eden Hazard, hücumçular Rodriqo və Kərim Benzemadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"